Cənubi Koreya, ABŞ və Yaponiyanın hərbi rəsmiləri Seulda toplaşaraq Koreya yarımadasında təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Azərtac Cənubi Koreyanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, görüşdə nazir müavini Çhunq Suk-hvan, ABŞ müdafiə nazirinin Hind-Sakit okean hövzəsində təhlükəsizlik məsələləri üzrə köməkçisi Randol Şriver və Yaponiyanın Müdafiə Nazirliyinin idarə rəisi Takeşi İşıkava iştiak ediblər.
Bildirilir ki, 11-ci dəfə təşkil olunan üçtərəfli danışıqlarda əsas müzakirə mövzusu Koreya yarımadasında davamlı sülhün təmin olunması, adanın nüvə silahsızlaşdırılması, regional təhlükəsizlik məsələləridir.
Qeyd edək ki, ilk dəfə bu formatda görüş 2008-ci ildə keçirilib.