XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

09 May 2019 - 21:31

ABŞ hökuməti:"KXDR ballistik raketlərin sınağını keçirib"

ABŞ hökumətinin Yaponiyaya verdiyi məlumata görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) beş gün bundan əvvəl sınaqdan keçirdiyi reaktiv mərmilər ballistik raketlər ola bilər.

Azərtac xəbər verir ki, bu barədə Kyodo agentliyi mayın 9-da etibarlı mənbələrə istinadla məlumat yayıb. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın KXDR ilə danışıqları davam etdirmək niyyəti nəzərə alınaraq, bu barədə rəy rəsmi şəkildə elan edilməyəcək.

Bu ərəfədə KXDR rəhbərliyi keçirilən sınaqları “müdafiə üzrə böyük hərbi təlimlər” adlandıraraq, qərb ölkələrinin buna kəskin reaksiyasını pisləyib.

Mayın 9-da isə Koreya Respublikası Yapon dənizində daha iki reaktiv mərminin buraxıldığını qeydə alıb. Həmin raketlər KXDR sahilləri yaxınlığında Yapon dənizinə düşüb.