XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

10 May 2019 - 16:58

Suriyadan Qazaxıstana 59 qadın, 156 uşaq evakuasiya olundu –Xüsusi əməliyyat + VİDEO

Qazaxıstan xüsusi xidmət orqanlarının gördüyü tədbirlər nəticəsində mayın 7-9-da əksəriyyəti qadın və uşaqlar olmaqla Qazaxıstan vətəndaşlarının növbəti qrupunun Suriyadan ölkəyə gətirilməsi təmin edilib.

Teleqraf.com xəbər verir ki, öz miqyasına görə bənzəri olmayan xüsusi əməliyyat nəticəsində Suriyadan 59 qadın və 156 uşaq, o cümlədən 18 yetim uşaq evakuasiya olunub. Bir neçə uşaq hərbi əməliyyatlar zamanı yaralandıqları üçün ölkəyə ağır vəziyyətdə çatdırılıblar.

Əməliyyat nəticəsində beynəlxalq terror təşkilatının 16 iştirakçısı həbs olunaraq Qazaxıstana gətirilib.

Xüsusi əməliyyatın kod adı “Jusan-2” olub. Qazaxıstan vətəndaşlarını gətirən təyyarə mayın 9-da saat 05:20-də Aktau hava limanında yerə enib. Burada onları xüsusi təyinatlılar qarşılayıb. Ağır vəziyyətdə olanlar xərəklə xəstəxanaya, terrorçular istintaq təcridxanasına, digər şəxslər isə reabilitasiya mərkəzinə aparılıblar.

Xüsusi əməliyyat zamanı çəkilən unikal kadrları təqdim edirik: