XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2019 - 17:18

Putin Pompeo ilə görüşəcək –Soçidə

ABŞ-ın dövlət katibi Maykl Pompeo mayın 14-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, M.Pompeo Rusiya prezidenti ilə ikitərəfli və çoxtərəfli əlaqələrlə bağlı bütün məsələləri müzakirə edəcək.

Dövlət katibi mayın 13-də Moskvada ABŞ səfirliyinin əməkdaşları, amerikalı tələbələr və amerikalı iş adamları ilə görüşəcək.

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüşün mayın 14-də Soçidə keçiriləcəyinə dair məlumat yayılmışdı. /Report