XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

10 May 2019 - 19:12

Əfqanıstanda terror aktı:ölən və yaralananlar var

“Taliban” hərəkatının Əfqanıstanın şimal-qərbində bir neçə nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində azı 24 hərbçi həlak olub, 11 nəfər isə yaralanıb.

Azərtac Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, insident Badgis əyalətində qeydə alınıb.

Taliblər də çoxsaylı itkilər verib. Ölkənin cənubundakı Qəndəhar əyalətində hava zərbələri nəticəsində hərəkatın 21 döyüşçüsünün öldürüldüyü bildirilir. Khaama Press agentliyinin məlumatına əsasən, hava zərbələri taliblərin Hakrez rayonundakı mövqelərinə endirilib.

Qəndəhar Əfqanıstanın cənubunda vəziyyətin qeyri-stabil olduğu əyalətlərdən biridir. Taliblər bölgənin bir sıra rayonlarında aktiv fəaliyyət göstərirlər.