XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

11 May 2019 - 09:15

Tramp:"Yaxın mənzilli raketlərin sınağı ABŞ və KXDR arasında etibarı pozmur"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Koreya Xalq Demokratik Respublikasının yaxın mənzilli raketləri işə salmasını ölkələrin arasındakı etibarı pozması hesab etmir.

Ağ Ev rəhbəri bu fikirləri“Politico” qəzetinə müsahibəsində bildirib.

“Raketlər yaxın mənzilli idi, buna görə mən bunu etibarın pozulması kimi qiymətləndirmirəm”, – deyə o bildirib.

Trampın sözlərinə görə, hansısa bir anda o, yenə də Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla dostluq münasibətlərinə inamı itirə bilər. “Mümkündür ki, bu, hansısa bir anda ola bilər, amma indi yox”, – deyə o əlavə edib.

Daha əvvəl ABŞ prezidenti qeyd edib ki, Koreya Xalq Demokratik Respublikası hakimiyyəti Amerika tərəfi ilədanışıqlar aparmaq istəyir. Amma onun fikrincə, onlar buna hazır deyillər.

Qeyd edək ki, Şimali Koreya Yapon dənizində raket sınaqdan keçirib. /Report