Kolumbiyanın paytaxtı Boqota şəhərində emalatxanada güclü partlayış olub.
Hadisə nəticəsində 4 nəfər ölüb, 30 nəfər yaralanıb.
30 yaralıdan 18-i yaxınlıqdakı məktəbin şagirdləridir. Partlayış nəticəsində yaxınlıqdakı digər 17 binaya da ziyan dəyib.
Emalatxanada “tejo” milli oyunu üçün barıtdan da istifadə edilən avadanlıq hazırlanırmış. /Report