Suriya ordusunun döyüşçüləri Xama vilayətinin şimalında terrorçulara sarsıdıcı zərbələr endiriblər. Suriyalı hərbçilər zərbələr nəticəsində 40-dan çox terrorçunu məhv ediblər.
Məlumata görə, həmçinin terrorçuların çox sayda hərbi texnikası, zirehli avtomobilləri məhv edilib.
Hökumət ordusunun eləcə də Abdin, Kusabeyn, Kfar-Sicna və Şeyx Mustafa rayonlarında “Cebahat an-Nusra” bazalarına raket zərbələri endirdiyi bildirilir. /Trend