XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

11 May 2019 - 14:31

Poroşenkodan Zelenskiyə:"Ukrayna otel deyil!"

Ukraynanın hazırki siyasi administrasiyası yeni Prezident Vladimir Zelenskinin acgöz turist bənzətməsinə cavab verib.

Yayımlanan bəyanatda bildirilir ki, andiçmə mərasiminə kimi Poroşenko dövlətin rəhbəri sayılır, ölkədəki situasiyaya görə məsuliyyət daşıyır və öz vəzifəsini Konstitusiyanın ruhuna, maddələrinə uyğun icra edir.

“Ukrayna hörmətli Zelenskinin düşündüyü kimi Misir otelinin nömrəsi deyil”, – deyə bildirilib.

Eyni zamanda vurğulanıb ki, prezident parlamentin müəyyən etdiyi istənilən andiçmə tarixi ilə razılaşacaq.

Xatırladaq ki, bundan öncə Zelenski sələfini Misir otelindəki turistə bənzədib.

“Dəsmalları, çəkmələri daşıyır, İsveç stolundan hər şeyi götürür”, – yeni prezident demişdi. /Axar.az