XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

11 May 2019 - 19:11

Pakistanda naməlum silahlı şəxslər otelə hücum ediblər- Atışma davam edir

Pakistanın Belucistan əyalətində yerləşən Qvadar şəhərində bir neçə naməlum silahlı şəxs beşulduzlu “Pearl Continental” otelinə hücum edib.

Azərtac “Dawn” qəzetinə istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının hüquq-mühafizə orqanları məlumat yayıb.

Hazırda otelin ərazisi polis tərəfindən mühasirəyə alınıb, atışmanın davam etdiyi bildirilir. İlkin məlumata əsasən, otelə hücumda 3-4 silahlı iştirak edir.

“Pakistan Today” nəşrinin yaydığı informasiyaya görə, otel binasında azı 70 mülki şəxs, o cümlədən 40 Çin vətəndaşı var. Hələlik həlak olan və yaralananlar barədə məlumat verilmir.