XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

11 May 2019 - 19:35

İran yenidən Suriyaya neft tədarükünə başlayıb

İranın Suriyaya neft nəqlini yenidən bərpa etdiyi bildirilir.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan sonra neft böhranı yaşayan Suriyada yanacaqdoldurma məntəqələrinin qarşısında növbələr yaranıb. Suriyanın bu böhrandan yaxa qurtarmaq üçün İrandan 1 milyon barrel xam neft aldığı bildirilir.

Qeyd edək ki, tankerlərin monitorinqini aparan şirkətlərə görə, əvvəllər İran Suriyaya ayda 1-3 milyon barrel neft göndərirdi. Lakin ABŞ-ın sanksiyalarına görə, neft daşımaları ötən ilin sonunda demək olar ki, dayanmışdı.