XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

11 May 2019 - 19:55

Anadolu Agentliyinin əməkdaşının axtarışları davam edir

Türkiyənin “Anadolu” informasiya agentliyinin əməkdaşı Əbdülqədir Nişancının axtarışları davam edir.

ONA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, agentliyin Bayburt bölgə müxbiri olan Ə. Nişancı ötən gün Bayburt – Trabzon arasında yerləşən Soğanlı dağında qar uçqunun təmizlənməsi vaxtı öz vəfizəsini yerinə yetirərkən uçuruma yuvarlanıb.

Aparılan axtarış-xilasetmə işləri zamanı Ə. Nişancıya məxsus olan fotokamera və sənədlər tapılıb.

Jurnalistin tapılması istiqamətində aidiyyəti dövlət orqanları birgə axtarış-xilasetmə işlərini davam etdirir.