XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

12 May 2019 - 09:34

Şahzadənin oğlu meymuna bənzədildi –Cinayət işi açıldı

İngiltərədə şahzadə Harri ilə həyat yoldaşı Meqan Marklın yeni doğulan oğlunu şimpanzeyə bənzətdiyinə görə dicey Dani Baker barəsində istintaq başladılıb.

Bu barədə London polisi məlumat yayıb. Açıqlamada Bakerin sosial mediadakı paylaşımı ilə bağlı onlara şikayət daxil olduğu bildirilib.

Qeyd edək ki, bundan əvvəl dicey D.Baker Tvitter səhifəsində palto və şlyapa geyinmiş və binanı tərk edəm şimpanze fotosunu paylaşaraq “krallıq ailəsinin körpəsi xəstəxanadan çıxır” sözlərini yazıb. İrqçilikdə ittiham edilən Baker Susseks kraliçası Meqan Markla söz atdığı üçün BBC-dəki işindən qovulub. Tənqidlərdən sonra paylaşımını silən Baker üzr istəyib. /Axar.az