XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

12 May 2019 - 12:26

496 MSK işçisi səslərin hesablanmasından sonra ölüb –İndoneziyada

İndoneziyada Mərkəzi Seçki Komissiyasının (MSK) 500-ə yaxın əməkdaşı səslərin hesablanmasından sonra dünyasını dəyişib. Ölkənin Səhiyyə Nazirliyi MSK əməkdaşlarının əksəriyyətinin ölümünə iflic və infarktın səbəb olduğunu bildirib.

Bu barədə “Strait Times” qəzeti yazıb.

Nazirliyin məlumatına görə, seçkilərdən sonra bütün ölkə üzrə 496 əməkdaş dünyasını dəyişib. Ölüm hallarının çoxu (131) Qərbi Cava əyalətində qeydə alınıb.

MSK öz növbəsində bildirir ki, ölənlərin təqribi yaş həddi 50-70 arasında olub. /Report