XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

12 May 2019 - 17:56

İtaliyada deputatların sayı azaldıldı –Layihə təsdiqləndi

İtaliya Nümayəndələr Palatası deputatların və senatorların sayının azaldılmasına dair qanun layihəsini təsdiq edib.

Teleqraf.com xəbər verir ki, senat tərəfindən ilk oxunuşda qəbul edilmiş qanun layihəsinin lehinə 310, əleyhinə isə 107 senator səs verdiyi halda, 5 nəfər bitərəf qalıb.

Hazırda qanun layihəsinin ali palataya ötürüldüyü bildirilib.

Ali Palata qanun layihəsinin mətnini dəyişmədən onu təsdiq edə və ya qəbul etməyə bilər.

İslahatın lehinə hakim “5 Ulduz” hərəkatı və “Şimal liqası” partiyaları, Silvia Berluskoninin başçılıq etdiyi sağ mərkəz “Forza İtaliya” (İrəli İtaliya) partiyası və millətçi “Fratelli d’Italia” (İtaliyanın qardaşları) partiyası səs verərkən, əleyhinə sol mərkəz “Partito Democratica” (Demokrat partiyası), solçu “Liberi e Uguali” (Azadlar və bərabərlər) partiyası, kiçik partiyalar – “Civica Popolare” və “+Europa” səs veriblər.