XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2019 - 10:19

Tramp bu gün Orbanla görüşəcək –Macarıstanın Rusiya ilə ilıq münasibətləri ABŞ-ı narahat edir

Mayın 13-də ABŞ Prezidenti Donald Tramp Ağ evdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşəcək. Konqresmenlərdən bəziləri bu görüşün təxirə salınmasına çağırırdı.

Millətçi lider olan Orban anti-immiqrasiya kampaniyası və məhkəmə islahatlarına görə Avropa İttifaqı ilə ziddiyyətlər yaşayır. Onun ABŞ-ın keçmiş demokrat prezidenti Barak Obama administrasiyası ilə də toqquşmaları olub.

Tənqidçilər Orban hökumətinin demokratik dəyərləri eroziyaya uğratdığını bildirirlər.

Tramp-Orban görüşündən öncə Konqresin bir qrup respublikaçı və demokrat üzvü Macarıstanın “geriləyən demokratik trayektoriyası” sarıdan narahatlığını dilə gətirib.

Mayın 10-da Trampa göndərdikləri məktubda senatorlar NATO üzvü olan Macarıstanla Rusiya arasında sıx münasibətlərdən narahatlıq səsləndiriblər. Onların fikrincə, Macarıstan enerji mənbələrini Moskvadan ayıraraq diversifikasiya edə bilməyib, Rusiyanın ABŞ sanksiyalarından yayınmaqdan ötrü viza sistemindən sui-istifadəsinə imkan verib.

Məktubu imzalayanlar içində Senatın Xarici əlaqələr komitəsinin sədri Cim Rayş və qurumun aparıcı demokratı Bob Menendez də olub.

Ancaq administrasiyanın aparıcı rəsmisi jurnalistlərə deyib ki, Orbanın səfəri Tramp hökumətinin Mərkəzi və Şərqi Avropayla əlaqələri yenidən qurmaq strategiyasının tərkib hissəsidir.

Azadlıq Radiosu