XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

13 May 2019 - 18:14

Vaşinqton Budapeştə çağırış edib:"Kiyevlə aranızda olan münaqişəyə NATO-nu qatmayın"

ABŞ Administrasiyası Budapeştdə hüquq bərabərliyinin pozulması kimi hesab edilən “Təhsil haqqında” qanunla bağlı Ukrayna ilə münaqişə məsələsində Macarıstanın tərəfini saxlamaqdan imtina edib.

Bununla belə, Vaşinqton Orban hökumətini bu mübahisəyə NATO-nu cəlb etməməyə çağırıb.

Xatırladaq ki, yarım il bundan əvvəl Ukraynanın “Təhsil haqqında” qəbul etdiyi qanunda 2020-ci ildən başlayaraq ölkədə bütün tədris prosesinin Ukrayna dilində keçirilməsi nəzərdə tutulur. Bir sıra ölkələr, o cümlədən Macarıstan da buna qarşı çıxış edib.

Ağ Evin nümayəndəsi bu gün Budapeşti məsuliyyətli davranmağa və onunla Kiyev arasında olan anlaşmazlığı birbaşa danışıqlar yolu ilə həll etməyə çağırıb(azərtac).