XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 May 2019 - 21:54

Əfqanıstanda partlayışlar törədilib –Ölən və yaralananlar var

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin Cəlalabad şəhərində partlayışlar törədilib, azı 3 nəfər ölüb, 20-yə qədər yaralı var.

“Reuters” xəbər verir ki, əyalət qubernatorunun sözçüsü Ətaullah Xoqyani tərəfindən verilən məlumata görə, şəhərin bazar meydanında baş verən partlayışlardan sonra bir neçə nəfər xəstəxanaya çatdırılıb.

Pakistan sərhədinin yaxınlığında yerləşən Cəlalabadın 2015-ci ildən etibarən İŞİD-in başlıca dayaq mərkəzlərindən biri olduğu bildirilir/Report.