XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2016 - 07:18

ABŞ Kəşfiyyat İdarəsinin direktoru:“İŞİD bu il Avropa və Amerikada terror aktları törətmək istəyir”

abs general

 

 

 

İŞİD terror qruplaşması 2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq. 

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Vinsent Stüart bildirib.    

 

“Parisdəki hücumlardan sonra,  İŞİD ABŞ və onun müttəfiqləri üçün əsas təhdid oldu”, – deyə Stüart Konqresdə dinləmələr zamanı çıxışında bildirib. “Ehtimal var ki, İŞİD  2016-cı ildə Avropa və ABŞ-da terror aktları törətməyə çalışacaq”, – deyə o əlavə edib.