XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 07:34

BMT Şimali Koreyaya sanksiya tətbiq etdi:Bütün mallara embarqo

bmt

 

 

BMT Təhlükəsizlik Şurası yekdilliklə Şimali Koreyaya qarşı nüvə və ballisik raket proqramlarını hədəf alan yeni olduqca ciddi sanksiyalar tətbiq edib.

 

“Şimali Koreya 21-ci əsrdə dünyada nüvə sınağı keçirən yeganə ölkədir. Əslində bir nüvə sınağı deyil, dörd sınaq keçirilib” – deyə ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer səsvermədən sonra Şurada bildirib.

 

Səfir deyib ki, Şimali Koreya xalqın əsas ehtiyacları deyil, davamlı olarq diqqəti nüvə və ballisik raket proqramlarına yönəldib. O bildirib ki, faktiki olaraq ölkənin bütün resursları nüvə silahları istehsalı istiqamətinə yönəldilib.

 

BMT BMT Təhlükəsizlik Şurasında sanksiyalara dair səsvermə Şimali Koreyanın son zamanlar keçirdiyi nüvə və uzun mənzilli raket sınaqlarına cavab olaraq keçirilib.

 

Ağ Evdə danışan prezident Barak Obama BMT-nin addımını alqışlayıb. “Bu gün beynəlxalq ictimaiyyət bir səslə danışaraq, Pxenyana sadə bir mesaj göndərdi: Şimali Koreya bu təhlükəli proqramlardan imtina etməli və öz xalqı üçün daha yaxşı yol seçməlidir” – deyə prezident Obamanın bəyanatında bildirilir.

 

BMT-nin 50-dən çox ölkə tərəfindən dəstəklənən qətnaməsində bir sıra presedenti olmayan ölçülər nəzərdə tutulub. Bunlardan biri Şimali Koreyaya gedən və oradan qayıdan bütün yüklərin yoxlanmasından ibarətdir. Sanksiyalar eləcə də adi və başqa silahlar daxil olmaqla bütün silahlara embarqo qoyulmasını, Şimalia Koreyaya daş-kömür və qızıl, dəmir, dəmir filiz və titan kimi başqa mineralların satışlarına məhdudiyyətlər qoyulasını  nəzərdə tutur.

Şimali Koreyanın bank sektoruna qoyulmuş sanksiyalar ciddiləşdirilib, lüsk malların ölkəyə idxalına qadağa qoyulub. Bundan əlavə, 16 şəxsin səfərlərinə qadağa qoyulub və onların bank hesabları dondurulub.