XƏBƏR LENTİ

25 Fevral 2021
24 Fevral 2021

Digər Xəbərlər

14 May 2019 - 18:06

Yohannes Han:"Aİ ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında əməkdaşlıq hələ yeni başlayır"

“Avropa İttifaqı (Aİ) ilə “Şərq tərəfdaşlığı” ölkələri arasında birgə iş on ilin tamamında bitməyib, əksinə yeni başlayır”.

Bunu Aİ-nin genişlənmə məsələləri və qonşuluq siyasət üzrə komissarı Yohannes Han Brüsseldə “Şərq Tərəfdaşlığı”nın onilliyinə həsr olunmuş konfrans çərçivəsində panel müzakirələri zamanı deyib.

O bildirib ki, 10 il ərzində çox iş görülüb:

“Onillik əməkdaşlıq müddətində bizim işimiz bitməyib, əksinə, iş hələ yeni başlayır. Söhbət islahatların reallaşdırılmasından, bütün imkanların istifadə olunmasından gedir. Son 10 il müddətində Aİ işgüzar mühitin möhkəmlənməsinə, rəqabətqabiliyyətliliyin artırılmasına mühüm vəsait yerləşdirib”.

Trend