XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2019 - 10:00

ABŞ ordusu İraq və Suriyada həyəcan səviyyəsini artırıb –İrana görə

Birləşmiş Ştatlar ordusu İran tərəfindən gözlənilən potensial təhlükə səbəbindən İraq və Suriyada həyəcan səviyyəsini artırıb.

Bu barədə Amerika Silahlı Qüvvələri Mərkəzi Komandanlığı məlumat yayıb.

“Mərkəzi komandanlıq “Sarsılmaz qətiyyət” əməliyyatı ilə koordinasiya şəklində İraq və Suriyadakı əməliyyatlarda iştirak edən bütün qüvvələr üçün güc mövqeyi səviyyəsini artırıb. Əməliyyat yüksək həyəcan səviyyəsindədir və biz ehtimal ki, bilavasitə İraqdakı ABŞ qüvvələrinə qarşı gözlənilən təhlükələri yaxından izləyirik”, — deyə idarənin məlumatında bildirilir. /Report