XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2019 - 15:01

Nazirin kürəkəni iqtisadi cinayətkarlıqda ittiham edilir- Külli miqdarda dövlət vəsaitini mənimsədiyi deyilir

İranın İnvestisiya Bankının rəhbəri Hadi Rezayi rüşvət almaqda və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

H.Rezayinin və daha 30 nəfərin Tehranda keçirilən məhkəmə prosesi davam edir. Tehranın prokuroru Rəsul Qəhramani bildirib ki, Hadi Rezayi 2012-ci ildən 2015-ci ilə kimi bankdan 1,07 trilyon rialı (25,5 milyon dollar) qanunsuz yollarla başqa hesablara keçirərək mənimsəyib. Mənimsənilən pullarla H.Rezayi İranda və xarici ölkələrdə bahalı avtomobillər və daşınmaz əmlak alıb.

Qeyd edək ki, H.Rezayi İranın əmək, kooperasiya və əhalinin sosial müdafiə naziri Məhəmməd Şəriətmadərinin kürəkənidir.

İran qanunlarına əsasən bu tip cinayətlərə görə məhkəmə tərəfindən edam hökmü çıxarıla bilər. Hələlik məhkəmə prosesi davam edir(azərtac).