XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2019 - 16:30

Rusiyada əcnəbilərin müvəqqəti olma və müvəqqəti yaşama icazəsi…- Prosedur asanlaşdırıla bilər

Rusiyada bəzi kateqoriyadan olan əcnəbi vətəndaşların ölkədə müvəqqəti olma və müvəqqəti yaşama icazəsi alması proseduru asanlaşdırıla bilər.

Rusiya Hökuməti Dövlət Dumasına bəzi kateqoriyadan olan əcnəbi vətəndaşlara ölkədə müvəqqəti olma və yaşama hüququ verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin jurnalistlərə bildirib ki, əslən Rusiyadan olan, rus dilini bilər, bu ölkədə qohumları yaşayan, burada təhsil alan və Rusiyanın rifahı naminə işləyən şəxslər bürokratik əngəllərlə üzləşməməlidir. Bu qəbildən olan adamların sənədləri qısa müddətdə qeydiyyatdan keçməlidir(azərtac).