XƏBƏR LENTİ

20 May 2019
19 May 2019
18 May 2019

Digər Xəbərlər

15 May 2019 - 19:43

Putin:"Rusiya ABŞ-la dialoqa hazırdır, söz Vaşinqtonda..."

Rusiya ABŞ-la dialoqun təşkil olunmasına tam hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, bunun üçün rəsmi Vaşinqtonda zəruri daxili siyasi şərait mövcud olmalıdır:

“Biz dialoqa açığıq, iş bizdə deyil, iş bizim amerikalı tərəfdaşlarımızdadır. Onlarda siyasi şərait uyğun olan kimi, biz də öz növbəmizdə öhdəmizə düşən işləri görməyə hazırıq”.

V.Putin ümidvar olduğunu bildirib ki, bu şərtlər tədricən yaranmaqdadır.