Mayın 16-da günün ikinci yarısında Gürcüstan ərazisində 3,6 bal gücündə zəlzələ baş verib.
Bu barədə İlya İnstitutunun Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, yeraltı təkanlar yerli vaxtla saat 15:08-də Tsalka rayonunun Paravani kəndi yaxınlığında qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar barədə məlumatlar daxil olmayıb/Azərtac.