Salvador sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin ətraf mühitin qorunması və təbii sərvətlər nazirliyinin “Twitter” səhifəsində deyilir.
Bildirilir ki, zəlzələ ölkənin paytaxtı San-Salvadorda da hiss edilib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi öz növbəsində bildirir ki, 5,7 bal gücündə zəlzələ Nikaraqua sahillərində baş verib.