XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

17 May 2019 - 16:51

Ukrayna xarici işlər naziri istefa ərizəsi yazıb:"Düşünürəm ki, düzgün qərar vermişəm"

Ukraynanın xarici işlər naziri Pavel Klimkin vəzifəsindən istefa verdiyini bəyan edib.

Klimkin bu barədə Facebook səhifəsində yazıb. O bildirib ki, istefa ərizəsini bu gün yazıb və mayın 20-də andiçmə mərasimindən sonra sənədi Ali Radaya və Ukraynanın yeni Prezidentinə təqdim edəcək.

“Düşünürəm ki, düzgün qərar vermişəm, çünki Zelenski xarici siyasətlə bağlı yeni komandası ilə çalışmalıdır. Ancaq əvvəl bəyan etdiyim kimi, prinsiplərimiz üst-üstə düşən məqamlarda Zelenskiyə kömək etməyə hazıram”, – deyə Klimkin əlavə edib(azərtac).