XƏBƏR LENTİ

07 İyun 2020
06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

17 May 2019 - 19:11

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov istefa verib

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov istefa ərizəsi yazıb.

ONA-nın xəbərinə görə, bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibinin saytında məlumat verilib.

“Məni vəzifəyə təyin edən Ukrayna Prezidentinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi səlahiyyətlərimin qanunvericiliyə uyğun olaraq dayandırılması məsələsini nəzərdən keçirməyinizi xahiş edirəm”, – deyə Turçinov ərizəsində qeyd edib.