XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

17 May 2019 - 20:43

ABŞ hökumətindən Meksika ilə bağlı sanksiya qərarı- Maliyyə Nazirliyi məlumat yaydı

ABŞ hökuməti “Qlobal Maqnitski qanunu”na əsasən, sanksiya siyahısına Meksikanın 11 fərdi vətəndaşını və 10 şirkətini daxil edib.

“Report” bu barədə ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Sözügedən şəxs və qurumların ABŞ ərazisində hər cür əmlak və maliyyə ehtiyatları dondurulacaq, amerikalı hüquqi və fiziki şəxslərin onlarla işgüzar əlaqələrinə qadağa qoyulacaq.

Qeyd edək ki, 2016-cı ildə qəbul olunmuş “Qlobal Maqnitski qanunu” korrupsiyaya bulaşmış, həmçinin insan hüqularını əngəlləyən hökumət rəsmiləri və qurumlarına qarşı məhdudlaşdırıcı tədbirlər görməyi nəzərdə tutur.