XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

17 May 2019 - 20:53

Türkiyədə axtarışda olan terrorçu zərərsizləşdirilib- FOTO

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən keçirilən antiterror əməliyyatı nəticəsində üç terrorçu məhv edilib. Onlardan biri “Rojbin Gaver Mizgin” ləqəbli Raife Kutlak adlı qadındır.

Azərtac rəsmi mənbələrə istinadla xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi Raife Kutlakın tapılması üçün 300 min türk lirəsi (təxminən 50 min ABŞ dolları) pul mükafatı ayırmışdı. PKK\KCK terror təşkilatlarının üzvü olan təhlükəli terrorçu Siirt bölgəsində zərərsizləşdirilib.

Digər bir məlumatda isə bildirilir ki, Giresunun Güce rayonu ərazisində daha bir PKK terrorçusu təslim olub.