XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

17 May 2019 - 21:34

Ərdoğan Rusiya Federasiya Şurasının sədri ilə müzakirələr aparıb- İdlibə dair

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə Moskvada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib şəhəri ətrafındakı vəziyyətə dair müzakirələr aparıblar.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Şura sədri jurnalistlərə bildirib.

“İdlib məsələsinə dair söhbət zamanı bu şəhərdən Rusiya hərbi bazasının atəşə tutulması ilə bağlı narahatlıq bildirdim. Bunlar bizi narahat edir, biz cavab verməyə bilmərik”, – deyən sədrin sözlərinə görə, prezident Ərdoğan da İdlibdə atəşkəsin təmin olunmadığından narahatlığını ifadə edib.

“Bu söhbətdən sonra iki ölkənin müdafiə nazirlikləri təmas quraraq məsələni həll etmək üçün birgə tədbirlər görürlər”, – Rusiya Federasiya Şurasının sədri əlavə edib.