XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 May 2019 - 12:21

Nazir:"Gürcüstan əhalisinin 800 min nəfəri yoxsulluq həddində yaşayır"

Müxtəlif qurumların hesablamalarına və qiymətləndirmələrinə görə, bu gün Gürcüstan əhalisinin 800 min nəfəri yoxsulluq həddində yaşayır.

Bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava televiziyaya müsahibəsində deyib.

Nazirin sözlərinə görə, istənilən hökumət, xüsusən də hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası üçün yoxsulluğun azaldılması əsas prioritetdir.

Gürcüstan hökuməti üçün də bu problemin həlli olduqca vacib məsələdir.

“Yoxsulluğun azaldılması Gürcüstan hökumətinin başlıca prioriteti və strategiyasıdır”, – deyə N.Turnava vurğulayıb(azərtac).