XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

18 May 2019 - 20:07

İran 2 milyon barrel xam nefti satışa çıxarmağa hazırlaşır- Bu qiymətə

İranın Neft Nazirliyi 2 milyon barrel xam nefti İran Enerji Birjasında (IRENEX) satışa çıxarmağa hazırlaşır.

Azərtac İRNA-ya istinadla xəbər verir ki, mayın 21-də satışa çıxarılacaq neftin bir barrelinin qiyməti 67,28 dollar müəyyən olunub.

Xatırladaq ki, İranın Neft Nazirliyi tərəfindən ilk dəfə ötən il oktyabrın 28-də birjada neft satışa çıxarılmış və bir barrel üçün qiymət 74,85 dollar təyin olunmuşdu. Satışın 20 faizi rial, 80 faizi xarici valyuta ilə reallaşdırılmışdı.