XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

20 May 2019 - 20:09

“WikiLeaks”in qurucusu barəsində qiyabi həbs prosesi başlayır- İsveç prokurorluğunda

İsveç prokurorluğu “WikiLeaks” saytının qurucusu Culian Assanj barəsində qiyabi həbs prosesinə başlayır.

Azərtac İsveç KİV-lərinə istinadla xəbər verir ki, bu məqsədlə order alınması üçün sorğu artıq məhkəməyə göndərilib.

Sorğu məktubunda Assanjın zorlama cinayəti törətməkdə şübhə doğurması ilə əlaqədar onun qiyabi həbs edilməsi tələb olunur. Bu order alınacağı təqdirdə İsveç prokurorluğu Culian Assanjın həbsinə Avropa orderi verilməsi proseduruna başlamaq niyyətindədir.

Xatırladaq ki, bundan əvvəl İsveç prokurorluğu “WikiLeaks” saytının qurucusu Culian Assanjın barəsində zorlama və seksual təcavüzdə ittiham üzrə cinayət işinin təhqiqatının bərpa olunmasını bildirib. Assanja qarşı cinayət işi İsveç prokurorluğu tərəfindən 2010-cu ildən aparılır.

İsveç prokurorluğunun nümayəndələrinin sözlərinə görə, cinayət işinin bərpa olunması barədə qərar əvvəlki təhqiqatın nəticələrinə yenidən baxılmasını zəruri edən yeni faktlar əldə ediləndən sonra qəbul olunub.

Bir qədər əvvəl Britaniyada 50 həftə həbs cəzasına məhkum edilmiş Assanj hazırda oradadır. ABŞ da onun ekstradisiyasına nail olmağa çalışır.