XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

20 May 2019 - 19:52

Eyfel qülləsi bağlandı- Səbəb

Parisin rəmzlərindən biri olan Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb.

Trend-in məlumatına görə, buna naməlum şəxsin dəmir qurğularla qülləyə çıxmaq niyyəti səbəb olub.

Polis Eyfel qülləsini əhatəyə alaraq turistləri qüllədən təxliyə edib. Hazırda Eyfelin yaxınlığına da turistlər buraxılmır.

Qeyd olunur ki, həmin şəxs qüllənin üçüncü mərtəbəsinədək çıxa bilib. Onun polis tərəfindən saxlanıldığı deyilir.

Eyfel qülləsinin nə vaxt açılacağı barədə məlumat verilməyib.