XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 May 2019 - 21:00

Böyük Britaniyanın qarşısındakı “Brexit” səddi… –Baş nazir yeni razılaşmanın detallarını açıqlayacaq

Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”lə bağlı yeni razılaşmanın detallarını açıqlamaq niyyətindədir.

Böyük Britaniya KİV-ləri xəbər verir ki, hökumət başçısı ilə nazirlər arasında danışıqlardan sonra məlum olacaq həmin təfərrütlar işçi hüquqlarının müdafiəsi, ətraf mühitin mühafizəsi, İrlandiya ilə sərhəd zolağındakı qaydalar üzrə öhdəliklərlə bağlıdır.

Qeyd edək ki, T.Mey Avropa İttifaqı üzvlüyündən çıxmaqla bağlı hər kəsi qane edə biləcək razılaşmaya nail olmaq üçün dördüncü dəfədir cəhd göstərir/Report.