XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2016 - 16:10

Ermənistanda polis rəislərikütləvi şəkildə işdən çıxarıldı

 

131313_res_01

 

Ermənistanda polis rəisləri cinayətkar aləmin tanınmış üzvləri ilə əlaqə saxladıqları üçün tutduqları vəzifədən azad ediliblər.

 

Strateq.az report.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

 

"Polis rəislərinin tutduqları vəzifədən azad edilmələrinə səbəb cinayətkar aləmin tanınmış üzvlərindən olan Tevos Safaryanla (Tevosik) birlikdə deputatlardan birinin ad günündə iştirak etmələridir. Başqa sözlə, polis cinayətkar aləmin tanınmış üzvü ilə əlaqə saxlayarsa, o, vəzifə borcunu qanunun tələbləri səviyyəsində yerinə yetirə bilməz", – erməni KİV-i vurğulayıb.

 

Qeyd edək ki, ötən gün Ermənistanın 4 bölgəsinin polis rəisi, eləcə də DİN-in Pasport Qeydiyyatı İdarəsinin bütün əməkdaşları işdən azad ediliblər.