“Əgər bir adam siyasətdədirsə, o zaman…” – Gürcü nazir
“Müdafiə naziri mülki sektordan orduya xidmət etməyi bacarmalı və əsgər olmamalıdır”.
Bunu Gürcüstanın yeni qadın müdafiə naziri Tina Xidaşeli bildirib. Onun sözlərinə görə, əgər bir adam siyasətdədirsə, o zaman hər şeyə hazır olmalıdır:
“Mənim vəzifələrimdən biri az öncə başlamış çox mühüm bir prosesi – Müdafiə Nazirliyi ilə Baş Qərargahın, yəni mülki və hərbi sferaların ayrılması prosesini başa çatdırmaqdır. Düşünürəm ki, bizim NATO-ya, digər beynəlxalq strukturlara üzvlüyümüzün tələb elədiyi standartlara keçməliyik. Aydındır ki, bəzən məni hərbi formada görə biləcəksiniz. Ancaq bu, müdafiə naziri üçün əsas deyil”.
Musavat.com