Son həftələr İran tərəfindən səsləndirilən təhdidlər Tehranın nüvə proqramı ilə bağlı deyil.
Bu barədə ABŞ Dövlət katibi Mayk Pompeo ölkə mətbuatına müsahibəsi zamanı deyib.
“Son həftələr gördüyümüz təhdidlərin nüvə proqramı ilə əlaqəsi yoxdur. Bütün bunlar İran ordusu və onun regiondakı vasitəçilərinin iştirakıyla adi fəaliyyətlərdir. Ona görə də burada söhbət nüvə proqramından getmir”, – Pompeo bildirib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranı təhdidlərdən imtina etməyə çağırmışdı. /Axar.az