XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 May 2019 - 13:32

Tereza Mey istefa verəcək –İyunun 7-də

Böyük Britaniyanın Baş naziri Tereza Mey hakim Mühafizəkarlar Partiyasının rəhbəri vəzifəsindən istefa verəcəyini açıqlayıb.

Baş nazir bu açıqlamanı öz iqamətgahında jurnalistlərə verib.

O bildirib ki, iyun ayının 7-də partiya rəhbəri və baş nazir vəzifəsindən ayrılacaq.

Qeyd edək ki, T.Mey 2016-cı ildən Böyük Britaniyanın Baş naziri postunu tutur. /Trend