XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

05 Mart 2015 - 05:36

Adam Osmayev Nemtsovu çeçen xalqının qəhrəmanı sayır

“O, birinci çeçen müharibəsinin əleyhinə bir milyon imza toplamışdı”

Картинки по запросу адам осмаев

Rusiya istintaq qurumlarının Boris Nemtsovun qətlində irəli sürdüyü və üzərində israr etdiyi əsas versiyalardan biri də “çeçen izi”dir. Xatırladaq ki, rus rəsmiləri hazırda Ukraynada separatçılara qarşı vuruşan çeçenlərin səhra komandiri Adam Osmayevi qətlin təşkilatçısı kimi hallandırırlar.

Strateq.az xarici KİV-ə isnadən xəbər verir ki, Adam Osmayev The Guardian-da yayılmış bəyanatında qətlə dəxli olmasını tam şəkildə rədd edib: “Boris Nemtsov çeçen xalqı üçün qəhrəman idi, çünki birinci çeçen müharibəsinin əleyhinə bir zaman bir milyon imza toplamışdı. O həm də Ukrayna xalqı üçün qəhrəman idi, çünki Ukraynaya rus təcavüzünə qarşı səsini ucaltmışdı”.