XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

24 May 2019 - 16:17

KXDR ABŞ ilə danışıqların bərpasından imtina edib –Səbəb

Pxenyan ABŞ-ın KXDR-lə əlaqələrə olan yanaşması dəyişməyincə nüvəsizləşdirmə üzrə Vaşinqtonla danışıqları bərpa etməyin mümkün olmadığını düşünür.

Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi KXDR Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat verib.

“ABŞ vəziyyətin qiymətləndirilməsi üzrə hazırkı metodu bir kənara qoyub yeni metod təklif etməyincə KXDR ilə ABŞ arasında dialoq heç vaxt yenidən başlamayacaq. Başqa sözlə, nüvə probleminin həlli perspektivləri daha da azalacaq”, – o deyib.

Xatırladaq ki, fevralın sonunda Hanoyda ikinci ABŞ-KXDR sammiti keçirilib. Görüş tərəflər arasında yekun saziş imzalamadan və ABŞ prezidenti Donald Tramp ilə KXDR lideri Kim Çen Inın birgə mətbuat konfransı olmadan vaxtından əvvəl başa çatıb. /Report