XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 May 2019 - 18:22

Kabil məscidində törədilən partlayış- Din xadimi həlak olub+FOTO

Əfqanıstanın paytaxtı Kabilin şərqindəki məscidlərin birində baş verən partlayış nəticəsində azı bir nəfər həlak olub, 16 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə Sinxua informasiya agentliyi Əfqanıstan Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb.

Hakimiyyət nümayəndələrinin məlumatına görə, partlayış anında məsciddə cümə namazı qılınırdı və bina insanlarla dolu idi. Hadisə yerinə təcili yardım briqadaları göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

ToloNews telekanalı həyatını itirən şəxsin tanınmış din xadimi Məvlavi Samiulla Rayhan (Mawlawi Samiullah Raihan) olduğu barədə xəbər yayıb(azərtac).