XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 May 2019 - 17:48

Tereza Mey istefa verdiyini açıqladı –Mühafizəkarlar Partiyasının rəhbərliyi uğrunda yarış qızışacaq

Britaniyanın Baş naziri Tereza Mey iyunun 7-də Britaniya Mühafizəkarlar Partiyasının rəhbərliyindən istefa verəcəyini açıqlayıb.

Dauninq Stritdə emosional çıxış edən Mey deyib ki, Avropa Birliyindən çıxmaqla bağlı referendumun nəticələrinin təmin olunmasından ötrü “əlindən gələni” edib.

O deyib ki, “Brexit”i (Britaniyanın AB-dən çıxması) gerçəkləşdirə bilmədiyinə görə, “dərin təəssüf” hissi keçirəcək.

Mey deyib ki, yeni lider seçilənədək, baş nazir vəzifəsini icra edəcək. Bu proses bir neçə həftə çəkə bilər.

Britaniyanın AB üzvlüyünə könülsüz yanaşan Mey 2016-cı ilin “Brexit” referendumundan sonra bu posta seçilib.

Ölkəni qrafikə uyğun olaraq AB-dən çıxara bilmədiyinə görə partiyası ona istefa vermək üçün təzyiq göstərirdi.

Onun gedişi Mühafizəkarlar Partiyasının rəhbərliyi uğrunda mübarizəni qızışdıracaq. Keçmiş xarici işlər naziri, “Brexit” təbliğatçısı Boris Conson ən iddialı namizəd sayılır.

Britaniya oktyabrın 31-də AB-dən çıxmalıdır, ancaq parlament hələlik bu çıxışın şərtlərini təsdiqləməlidir.

azadliq.org