XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 May 2019 - 18:42

Boris Conson:"Britaniya bütün hallarda oktyabrın 31-də Avropa İttifaqını tərk edəcək"

Böyük Britaniya bütün hallarda oktyabrın 31-də Avropa İttifaqını tərk edəcək.

Azərtac “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Britaniyanın hakim Mühafizəkar partiyasının yeni lideri və ölkənin baş naziri postları uğrunda qarşıdakı mübarizənin favoriti sayılan Birləşmiş Krallığın sabiq xarici işlər naziri Boris Conson deyib.

“Biz oktyabrın 31-də istər sazişlə, istərsə də sazişsiz Avropa İttifaqını tərk edəcəyik”, – deyə Conson bildirib. Onun sözlərinə görə, əlverişli sazişə nail olmağın yolu sazişsiz “Brexit” prosesinə hazırlıq görməkdir.

Xatırladaq ki, bir qədər əvvəl Böyük Britaniyanın hazırkı Baş naziri Tereza Mey iyunun 7-də mühafizəkarlar partiyasının lideri postunu tərk edəcəyini bildirib. Bununla yanaşı o, torinin yeni lideri seçilənədək baş nazir səlahiyyətlərini icra edəcək.