Sakit okeanda, Tiba prefekturasından 11 kilometr aralıda iki Yaponiyaya məxsus gəmi toqquşub.
Toqquşma nəticəsində gəmilərdən biri batıb və onun göyərtəsində olan 5 nəfər heyət üzvündən 4-ü itkin düşüb. Gəminin kapitanı xilas edilib.
Qeyd edilir ki, qəza gecə saatlarında duman səbəbindən baş verib. Batan gəmi 1.6 min tona yaxın polad daşıyırmış və Osakaya gedirmiş. /Trend