Böyük Britaniyanın keçmiş Brexit naziri Dominik Raab Mühafizəkarlar partiyasının liderliyi postuna namizədliyini irəli sürüb.
Dominik Raab və Andrea Lidsom hakim partiya rəhbərliyinə namizəd olan sonuncu millət vəkilləridir. Qeydə alınan 5 namizədlə partiya rəhbərliyi uğrunda mübarizə aparacağını bildirən Dominik Raab oktyabrın 31-də ölkənin Avropa İttifaqını tərk etməli olduğunu söyləyib.
Qeyd edək ki, Dominik Raab Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması barədə Baş nazir Tereza Meyin təklif etdiyi saziş layihəsini dəstəkləmədiyi üçün 2018-ci ilin noyabr ayında istefa vermişdi. /Azərtac