Bu gün Fransada Avropa Parlamentinə seçkilər keçirilir.
Seçkilərdə iştirak edən 47,1 milyon fransalı seçici 74 Avropa deputatı seçəcəklər.
Seçki məntəqələri yerli vaxtla səhər saat 8:00-dan fəaliyyətə başlayıb.
Xatırladaq ki, bu gün Fransa ilə yanaşı, Avropa İttifaqının daha 21 ölkəsində Avropa Parlamentinə seçkilər keçirilir. /Report