XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

04 May 2015 - 17:29

“Rus tankları olmasaydı, Polşa adlı bir yer olmazdı” – Rusiyadan sərt cavab

“Faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə Moskvada keçiriləcək hərbi parad Rusiyanın güc nümayişi olacaq”.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Polşa Prezidenti Bronislav Komorovski çıxış edib. O, NATO-nun Avropanın şərqindəki hərbi potensialını artırmağa ehtiyac olduğunu bildirib:

“Mayın 9-da Qırmızı Meydan tank meydanı halına gələcək. Polşa sərhədlərindəki hərbi qarşıdurma ehtimalı indiyə kimi heç bu qədər real olmamışdı. Gələcək nəsilləri düşünərək Polşanın təhlükəsizliyini təmin etmək məcburiyyətindəyik. Polşa və NATO-nun Avropanın şərqindəki hərbi potensialını artırmalıyıq”.

Rusiyanın Komorovskiyə cavabı isə gecikməyib. Dumanın Xarici Əlaqələr Komitəsinin sədr müavini Leonid Kalaşnikov Komorovskinin şərhlərini mövcud siyasi vəziyyətin yaratdığı itaətkarlıq kimi qiymətləndirib:

“Polşa xalqı İkinci Dünya Müharibəsində ölkələrini rus tanklarının xilas etdiyini unutmamalıdır. Komorovskinin dediyi tanklar olmasaydı, bu gün xəritədə Polşa adlı bir yer yox idi. Polşa rus tankları sayəsində azadlığına qovuşdu və suveren bir dövlət oldu”.